20 Aprel 2025
Serbiya vətəndaşları 26 min qanunsuz silahı polisə təhvil verib

Serbiya vətəndaşları 26 min qanunsuz silahı polisə təhvil verib

Serbiya vətəndaşları 26 min qanunsuz silahı polisə təhvil verib

19 May 2023 01:35 | Baxış sayı: 506

Mayın 8-dən Serbiya vətəndaşları polisə 26 min qanunsuz silah, o cümlədən partlayıcı qurğular təhvil verib.

Bu barədə Serbiyanın baş naziri Ana Brnabiç bildirib.

"Mayın 8-dən mayın 17-dək Serbiyanın tərksilah kampaniyası çərçivəsində vətəndaşlar partlayıcı qurğular da daxil olmaqla 26 339 silah təhvil veriblər", - deyə baş nazir qeyd edib.

Onun sözlərinə görə, Serbiya hökuməti həmçinin silah gəzdirmək icazələrini ləğv etmək və "silahların 90%-ni əhalidən götürmək" üçün çalışır ki, bu da ölkəni daha təhlükəsiz edəcək.