SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlSerbiya və Kosovo liderləri taleyi məlum olmayan şəxslərlə bağlı bəyannaməni təsdiqləyiblər
03 May 2023 02:30 | Baxış sayı: 638
Avropa İttifaqının vasitəçiliyi ilə Belqrad-Priştina dialoqu çərçivəsində Brüsseldə Serbiya Prezidenti Aleksandar Vuçiç və Kosovonun Baş naziri Albin Kurti arasında görüş keçirilib.
Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin iştirakı ilə keçirilən görüşdə Serbiya və Kosovo liderləri taleyi məlum olmayan şəxslərə dair bəyannamənin mətni üzrə razılığa gəliblər. Görüşdə taleyi məlum olmayan 1621 nəfərlə bağlı vəziyyətin aydınlaşdırılması üçün birgə səyləri nəzərdə tutan bəyannamə təsdiqlənib.
Tərəflər münasibətlərin normallaşdırılması üzrə dialoqun növbəti görüşündə detalları razılaşdırmaqla bağlı da öhdəlik götürüblər.