İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlSerbiya Rusiyanın bu şəhərlərinə uçuşları LƏĞV ETDİ
05 Yanvar 2025 09:05 | Baxış sayı: 438
"Air Serbia" martın sonuna qədər Belqraddan Rusiyanın Soçi və Kazan şəhərlərinə uçuşları ləğv edib.
AJMEDIA.INFO xəbər verir ki, şirkət uçuşların ləğvi barədə rəsmi açıqlama verməyib. Qeyd edilib ki, artıq Rusiya Tur Operatorları Assosiasiyası öz cədvəllərində bu dəyişikliklər qeyd edib. Eyni zamanda, "Air Serbiya" Moskva və Sankt-Peterburqa uçuşlarını davam etdirəcək.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları” Qroznıya uçan təyyarənin qəzaya uğramasından sonra aviaşirkətlər Rusiya Federasiyasına uçuşları təxirə salmağa başlayıb.//Musavat.com