20 Aprel 2025
Serbiya Prezidenti vətəndaşları qanunsuz silahlarını polisə təhvil verməyə çağırıb

Serbiya Prezidenti vətəndaşları qanunsuz silahlarını polisə təhvil verməyə çağırıb

Serbiya Prezidenti vətəndaşları qanunsuz silahlarını polisə təhvil verməyə çağırıb

08 May 2023 23:53 | Baxış sayı: 558

Serbiya Prezidenti Aleksandar Vuçiç vətəndaşları qeyri-qanuni silahlarını polis bölmələrinə könüllü təhvil verməyə çağırıb.

A.Vuçiç qanunsuz silahların bir ay müddətinə polis bölmələri tərəfindən qəbul ediləcəyini, verilən müddət bitdikdən sonra isə polisin evlərə basqın etməyə başlayacağını deyib. Qanunsuz silahlanmanın 90 faiz azaldılmasını hədəflədiklərini qeyd edən Serbiya Prezidenti silah əldə etmək icazəsi olan 50 min nəfərin isə davamlı yoxlamalardan keçəcəyini bildirib.

    Bundan başqa, Serbiya ərazisindəki 1800 məktəbdə bu gündən etibarən iki polis əməkdaşı xidmətə başlayıb. Həmçinin polislərin meydanlarda, əsas küçələrdə, qatar və avtobus stansiyaları kimi insanların çox olduğu yerlərdə xidmət apardığı bildirilib.

    Xatırladaq ki, mayın 3-də paytaxt Belqraddakı Vladislav Ribnikar adına orta məktəbdə 14 yaşlı şagirdin silahlı hücumu nəticəsində 9 nəfərin həlak olmasından sonra ölkə ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib. Mayın 5-nə keçən gecə isə Belqrad yaxınlığındakı Mladenvaçda silahlı şəxs mübahisə zəminində əvvəlcə iki qohumunu güllələyib, sonra yolboyu avtomobildən ətrafdakı insanlara atəş açıb. Hadisə nəticəsində 8 nəfər ölüb, 14 nəfər yaralanıb. Ümumilikdə 17 nəfərin ölümü ilə nəticələnən iki silahlı hücumdan sonra Serbiyada milli matəm elan edilib.