20 Aprel 2025
Sepahın qoşununun komandanı Bəşşar Əsədin qardaşının villasında yaralanıb

Sepahın qoşununun komandanı Bəşşar Əsədin qardaşının villasında yaralanıb

Sepahın qoşununun komandanı Bəşşar Əsədin qardaşının villasında yaralanıb

10 Aprel 2023 17:02 | Baxış sayı: 458

Suriyanın paytaxtı Dəməşqin naməlum təyyarə ilə raket atəşinə tutulması nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) qoşununun komandanı briqada generalı İsmayıl Qaani yaralanıb.

Bu barədə “Euphrates Eye” məlumat yayıb.

Bildirilib ki, Dəməşqdən 20 km qərbdə yerləşən Yafur rayonunda Bəşşar Əsəd rejiminin kəşfiyyat zabitləri ilə İran zabitlərinin yığıncağı keçirilən ərazi raket atəşinə məruz qalıb. Raket zərbəsi nəticəsində ölənlər və yaralananların da olduğu qeyd edilib. Məlumata görə, İsmayıl Qaani aprelin 9-da Dəməşqə gedib. O, Suriya paytaxtında olduğu müddətdə şəhər raket atəşin məruz qalıb.

Qeyd edək ki, keçmiş komandan Qasım Süleymani 2020-ci ilin yanvarında Bağdad hava limanında ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib.

Vurğulanıb ki, Bəşşar Əsədin kiçik qardaşı general Mahir Əsədin başçılıq etdiyi 4-cü diviziyanın bir sıra obyektləri Yafurda yerləşir. Dağlıq ərazidə yerləşən bu rayon ətrafında “Əsədin kəndi”nin də yerləşdiyi bildirilib.