SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlSEPAH-a görə 15 milyon dollar mükafat təyin edildi
16 Aprel 2023 15:33 | Baxış sayı: 580
ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) maliyyə şəbəkəsi ilə bağlı məlumat verənlərə 15 milyon dollara qədər mükafat təyin edib.
Bu barədə ABŞ Dövlət Departamentinə bağlı "Ədalət üçün mükafat" proqramı özünün Tvitter hesabında məlumat yayıb.
"SEPAH və onun Yerusəlim qüvvələri kimi tanınan xaricdəki qolu bütün dünyada terror fəaliyyətlərinin dəstəkçiləridir. SEPAH bu fəaliyyətləri maliyyələşdirmək üçün kölgə şirkətlər və digər proksi qurumlar yaratmaq kimi müxtəlif maliyyə mexanizmlərindən istifadə edir, ABŞ və beynəlxalq ictimaiyyətin sanksiyalarını pozur", - məlumatda bildirilib.