SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlSənubər Nəzərova vəzifəsindən AZAD EDİLDİ - FOTO
05 Dekabr 2024 11:30 | Baxış sayı: 257
"Azərbaycan Dəmir Yolları” QSC-də kadr islahatı olub.
AJMEDİA.İNFO Bakıvaxtı.az-a istinadən xəbər verir ki, qurumun mətbuat katibi Sənubər Nəzərova tutduğu vəzifədən azad edilib.
QSC-nin sədri Rövşən Rüstəmov bununla bağlı əmr imzalayıb.
Sənubər Nəzərovanın yeni iş yeri hələlik bəlli deyil.
Qeyd edək ki, S.Nəzərova bu vəzifəyə 5 dekabr 2022-ci ildə təyin edilmişdi.
Onu da bildirək ki, Sənubər Nəzərova daha əvvəl - 2013-2020-ci illərdə "SOCAR AQS” MMC-də İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci ilin aprelindən 2022-ci ilin dekabrına kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Aparatın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.