SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl"Sentyabrın 7-si Xocavənd və Ağdam..." - Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT
07 Sentyabr 2023 12:32 | Baxış sayı: 638
Sentyabrın 7-si saat 12:35-dən 14:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə AJMEDİA.İNFO-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.