SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlSENSASİYA! Güney Qafqaz Rusiyaya “verilir”
01 Mart 2025 11:00 | Baxış sayı: 477
ABŞ-nin postmüharibə dövründə regionu Moskvaya güzəştə getməsi mümkündürmü? - fərqli proqnozlar
“ABŞ Cənubi Qafqazı Rusiyaya verəcək, amma müəyyən razılaşmalarla. Amerika Moskvanın Güney Qafqazda dominant mövqeyini tanıyacaq. Əvəzində Suriya və Fələstinin problemlərini həll edəcək”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Ermənistanın Sankt-Peterburqdakı sabiq baş konsulu, politoloq Vardan Akopyan deyib.
“Zəngəzur dəhlizinin Türkiyə ilə İran arasında münaqişəyə səbəb ola biləcəyi istisna edilmir. İran və Rusiyanı birləşdirən budur və neo-osmanlılığa müqavimət qüvvəsi Rusiya-İran tandemidir, çünki Osmanlı imperiyası bərpa olunarsa, ona qarşı heç bir yol qalmayacaq. Tramp da bunu başa düşür, amma bu, ona təsir etmir”, - Akopyan bildirirb. Lakin bu qəbil iddialar nə dərəcədə əsaslıdır, yoxsa bu, sırf erməni arzusudur? Doğrudanmı ABŞ Cənubi Qafqazı Rusiyaya “güzəştə” gedəcək?
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu günlərdə “Əl-Cəzirə ərəb” telekanalına müsahibəsində deyib ki, Avropanın Ukraynadakı siyasi və hərbi metodları faydasız olub. “Avropa ABŞ-ilə birlikdə Ukraynaya qarşı hərbi plan hazırlamışdı. İndi Amerikanın yoxluğunda məlum olur ki, Avropanın istər siyasi, istərsə də bütün hərbi üsulları və imkanları birdən-birə faydasız olub”, - nazir qeyd edib. Onun sözlərinə görə, Avropa təhlükəsizlik sisteminin əsasları artıq sarsılıb. Bəs bu sarsılma Cənub Qafqaza, Azərbaycana necə təsirə bilər? Nəticə etibarilə Rusiyanın regionda əl-qolunun açılması mümkündürmü? Bəzi analitiklərin fikrincə, Ukrayna cəbhəsindən başı açılacaq Rusiya artıq əvvəlki olmayacaq. Onun iqtisadi doktrina ilə regiona qayıdacağı proqnozlaşdırılır. Çünki hərbi doktrina işə yaramır. Əvvəla, Rusiyanın Ukrayna burnu ovulub. İkincisi, sanksiyalar səbəbindən Cənubi Qafqaz ölkələrinə ehtiyacı artıb. Eyni zamanda, Rusiya artıq döyüşmək istəmir. Üstəlik, regionun üç ölkəsi tək deyil. Azərbaycanın müttəfiqləri var, elə Ermənistan da Fransa və ABŞ-nin siyasi-hərbi dəstəyini qazanmaqdadır, Gürcüstanda isə iqtidar Moskva ilə dil tapmağa çalışır deyə burada Kremlin istəkləri müəyyən mənada reallaşıb. O baxımdan, ABŞ Cənubi Qafqazı Rusiyaya yenidən həvalə edərsə, hansı konfiqurasiya dəyişikliyi baş verəcək? Ümumiyyətlə, Qərb bölgəni Rusiyaya təhvil verərmi?//musavat.com