SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəl“Sənin maddi durumun hamıdan yaxşıdır, bəs, nə istəyirsən?” – Fəzail İbrahimlidən Vahid Əhmədova
25 Aprel 2023 09:58 | Baxış sayı: 586
"Sənin maddi durumun Azərbaycanda hamıdan yaxşıdır. Nə istəyirsən, nədir səni qane etməyən?".
AJMEDİA.İNFO xəbər verir ki, bu sualı Milli Məclisin plenar icaslında Fəzail İbrahimli həmkarı Vahid Əhmədova ünvanlayıb. O, parlamentdəki son müzakirədən narahatlığını ifadə edib:
"Hazırda müxtəlif istiqamətlərdə Azərbaycanın üzərinə gəlirlər. Amma bizim müzakirə etdiyimiz məsələyə baxın. Azərbaycan parlamentində oturub parlamentə qarşı nalayiq ifadə işlədən hər kəs cəzasını almalıdır. Vahid Əhmdov deyir ki, güya parlamentə cəmi 3 nəfər haqlı olaraq seçilib. O, digər deputatların heysiyyatı ilə oynayır. Vahid Əhmədov, nə üçün mənim heysiyyatımla oynayırsan? Hamını necə saxtakar adlandırırsan?".
F.Ağamalı Vahid Əhmədovun müsahibəni əvvəldən gözə aldığını qeyd edib:
"Vahid Əhmədov nəyi, necə dediyini yaxşı bilir. O müsahibəsindəki fikirləri qəsdən, bilərək deyib".