İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəl“Şell” İrəvanda ilk yanacaq məntəqəsini açdı
30 İyun 2023 05:54 | Baxış sayı: 554
Ermənistanda “Şell” ticarət markasının ilk yanacaqdoldurma məntəqəsi açılıb.
Bu barədə Ermənistan İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan yanacaqdoldurma məntəqəsinin açılışında iştirak edib.
“Şell”in Ermənistandakı qanuni nümayəndəsi “Royal Oyl” MMC-dir. Bildirilib ki, 5 illik strategiya çərçivəsində Ermənistanın müxtəlif yerlərində 25 yanacaqdoldurma məntəqəsinin açılması planlaşdırılır.
Qeyd edək ki, Britaniya-Niderland şirkəti olan “Şell” dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərir.axar.az