İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlŞəhriyar Məmmədyarov uduzdu
01 İyun 2023 06:32 | Baxış sayı: 563
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirib.
38 yaşlı qrossmeyster II turda Fransanı təmsil edən iranəsilli Alireza Firuzca ilə üz-üzə gəlib. Görüş 40-cı gedişdə rəqibin qələbəsi ilə başa çatıb.
O, hazırda 2 xalla Aniş Giri ilə birlikdə 5-6-cı yerləri bölüşdürür.
Məmmədyarov ilk turda yerli idmançı Aryan Tariyə armageddonda qalib gəlib. Firuzca isə hindistanlı Qukeş Dommarakuya uduzub.
Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir. axar.az