20 Aprel 2025
Şəhriyar Məmmədyarov Türkiyədə SAXLANILDI - VİDEO

Şəhriyar Məmmədyarov Türkiyədə SAXLANILDI - VİDEO

Şəhriyar Məmmədyarov Türkiyədə SAXLANILDI - VİDEO

16 Dekabr 2024 16:46 | Baxış sayı: 945

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov İstanbulun Sabiha Gökçen Hava Limanında problemlə üzləşib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə türkiyəli FİDE ustası Selim Gürcan “Satranc Okulu” kanalında məlumat verib.

O bildirib ki, bir neçə gün öncə Ş.Məmmədyarov Londonda iştirak etdiyi turnirdən geri dönərkən Sabiha Gökçen Hava Limanında gömrük işçiləri onu şübhəli bilərək saxlayıb və qaçaqmalçılıqda ittiham ediblər.

Hətta qrossmeysterin əlindəki şahmat alınıb və firuqların içinə bir-bir baxılıb. Daha sonra o, Azərbaycan şahmatçısı olduğunu bildirib.

Gömrük işçiləri internetdə onunla bağlı məlumatları oxuduqdan sonra üzr istəyərək keçməsinə icazə veriblər.