Şəhidimizin anası VƏFAT ETDİ - FOTO
20 Dekabr 2024 12:10 | Baxış sayı: 371
Vətən müharibəsi şəhidi Elgün Xıdırovun anası vəfat edib.
AJMEDİA.İNFO xəbər verir ki, Xumar Xıdırova xəstəlik səbəbindən dünyasını dəyişib.
Mərhum Goranboyun Xoylu kəndində oğlunun yanında dəfn edilib.
Qeyd edək ki, Azərbaycan ordusunun baş leytenantı, ali təhsilli hərbçi olan 1989-cu il təvəllüdlü Elgün Xıdırov Vətən müharibəsinin ilk günündə Füzuli istiqamətində şəhid olub.