SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
3 saat əvvəlŞəhidimizin anası VƏFAT ETDİ - FOTO
13 İyul 2023 11:59 | Baxış sayı: 541
Ötən ilin sentyabr ayında Kəlbəcər istiqamətində baş vermiş döyüşlər zamanı şəhid olmuş 20 yaşlı İsa Kəlbiyevin anası dünyasını dəyişib.
AJMEDİA.İNFO Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin anası Nəfisə Kəlbiyeva yaşadığı Cəlilabad rayonu Göytəpə şəhərində vəfat edib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.
Qeyd edək ki, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan İsa Kəlbiyev 13 sentyabr 2022-ci ildə şəhid olub. O, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.