SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlŞəhid ailəsinə zərər vuran şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
03 Sentyabr 2023 09:22 | Baxış sayı: 588
Tərtər mənzildən oğurluq edən şəxs saxlanılıb.
AJMEDİA.İNFO-nun məlumatına görə, şəhərin Nizami küçəsində yaşayan şəhid ailəsi Vəfa Aslanova polis şöbəsinə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt onun evindən naməlum şəxs pul və zinət əşyaları, bank kartı, müxtəlif sənədlər oğurlayıb.
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağcabədi rayon Sarıcalı kənd sakini Rabil Aqil oğlu Əhmədov tutularaq istintaqa cəlb edilib.
Oğurlanan əşyalar, pul və sənədlər tapılaraq Vəfa Aslanovaya təhvil verilib. Faktla bağlı Tərtər RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.
Qeyd edək ki, Vəfa Aslanova 44 günlük Vətən müharibəsinin şəhidi Yasən Mehtiyevin anasıdır.