SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlSəhhətində problem olanların NƏZƏRİNƏ!: Bayramda bu qaydalara ƏMƏL EDİN
28 İyun 2023 07:56 | Baxış sayı: 604
Digər bayramlarda olduğu kimi Qurban bayramında da şəkər, qırmızı ət kimi məhsulların istehlakı artır.
AJMEDİA.İNFO bildirir ki, mütəxəssislərin fikrincə, bu dövrdə artıq çəki problemi, yüksək qan təzyiqi, ürək-damar və şəkərli diabeti olan insanlar qidalanmalarına fikir verməlidirlər.
Türkiyəli qidalanma və pəhriz mütəxəssisi Hande Soydemir qurban ətinin bir neçə gün soyuducuda qalmalı olduğunu bildirib: “Yeni kəsilən heyvanların ətindəki sərtlik həm həzmdə, həm də yeməkdə çətinlik yarada bilər. Bu səbəbdən qurban əti dərhal istehlak edilməməli, soyuducuda uyğun temperaturda bir neçə gün gözlədikdən sonra manqalda bişirilməli və ya qaynadılaraq yeyilməlidir. Xüsusilə mədə xəstəliklərindən əziyyət çəkən şəxslər 24 saat gözləmədən ət istehlak etməməlidirlər”.
Mütəxəssis həmçinin, balanslı qidalanma yaratmaq üçün digər qida qrupları olan süd, qatıq, ayran, pendir, çörək, bulqur, düyü, tərəvəz və meyvələrin də istehlak edilməsini təklif edib:
“Ətin yanında düyü və makaron əvəzinə bulqur və qəhvəyi düyü; qazlı içkilər yerinə ayran, qatıq istehlak etmək daha sağlam olardı”.(Sfera.az)