10 il qüvvədə olacaq – Prezident təsdiqlədi
14 dəqiqə əvvəlSəfirliyimizə hücum edən şəxsi zərərsizləşdirən Vasif Tağıyev kimdir? - Şuşalı, 3 uşaq atası...
27 Yanvar 2023 16:51 | Baxış sayı: 738
Azərbaycanın İrandakı səfirliyinə edilən terror aktı zamanı cinayətkarı zərərsizləşdirən şəxsin kimliyi məlum olub.
AJMEDİA.İNFO 7NEWS.az-a istinadən xəbər verir ki, həmin şəxs səfirliyimizin təhlükəsizlik xidmətinin əməkdaşı Vasif Tağıyevdir.
Əslən Şuşadan olan Tağıyev Vasif Natiq oğlu ailəlidir, üç övladı var, iki qız, bir oğlan. Vasif Tağıyev 1989-cu ildə Şuşa şəhərində anadan olub, orada qeydiyyatdadır, məcburi köçkün kimi qeydiyyatdadır. Bir bacısı, bir qardaşı var. Anası hal-hazırda həkimdir, atası təqaüddədir.
Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər yaralanıb.