İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlSəfirlik separatçı "Talış-Muğan Respublikası"na qarşı tədbir görülməsini tələb etdi
27 Avqust 2023 17:26 | Baxış sayı: 809
Azərbaycanın Rusiyadakı səfirliyi 2023-cü il avqustun 7-də Yekaterinburqda “Talış-Muğan Muxtar Respublikasının yaradılmasının 30 illiyi” münasibətilə təşkil olunmuş tədbirlə əlaqədar məlumat yayıb.
AJMEDİA.İNFO xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyi 2023-cü il avqustun 7-də Yekaterinburqda “Talış-Muğan Muxtar Respublikasının yaranmasının 30 illiyi” münasibətilə təşkil olunmuş tədbirlə əlaqədar olaraq məlumat yayıb. Səfirliyin internet səhifəsində yer alan məlumatda bildirilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bu tədbirin keçirilməsini nəzərə alaraq, səfirlik Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Bundan əlavə səfir Polad Bülbül oğlu Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Azərbaycanın prinsipial mövqeyini və kəskin etirazını əks etdirən məktub ünvanlayıb.
Bununla yanaşı, Yekaterinburqda fəaliyyət göstərən Azərbaycan-Ural ictimai milli-mədəni təşkilatının rəhbəri Şahin Şıxlinski şəhərin müvafiq inzibati orqanlarına müraciətlər göndərib.