İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlSeçicilərin 70 faizdən çoxu SƏS VERİB
07 Fevral 2024 14:00 | Baxış sayı: 495
Saat 17:00-a olan seçici fəallığı açıqlanıb.
AJMEDİA.İNFO-nun məlumatına görə, MSK-nın katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qurumun Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki, saat 17:00-a qədər respublika üzrə seçici fəallığı 70,85% olub.
Qeyd edilən müddətə qədər respublika üzrə 4 590 075 nəfər səs verib.
Hesabat vermiş məntəqələrin sayı 6521-dir.
Qeyd edək ki, növbədənkənar prezident seçkilərində iştirak etmək üçün seçici siyahılarında 6 478 623 nəfər var. Seçicilər 6537 məntəqədə səs verirlər.