20 Aprel 2025
Saxta manatlar ödəmə terminallarından keçə bilir? - RƏSMİ AÇIQLAMA

Saxta manatlar ödəmə terminallarından keçə bilir? - RƏSMİ AÇIQLAMA

Saxta manatlar ödəmə terminallarından keçə bilir? - RƏSMİ AÇIQLAMA

14 Oktyabr 2024 15:00 | Baxış sayı: 303

Sosial şəbəkədə etibarsız pulların "Etibarsızdır" yazılan hissəsini eyni rəngdə kağızlarla örtülərək ödəmə terminallarından keçdiyini əks etdirən görüntülər yayılıb.


Bəs bu nə qədər realdır, həqiqətən ödəmə terminalları bu saxta pulları qəbul edir?


AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı ölkənin ən çox ödəmə terminalları olan “MilliÖn” və “EManat” ilə valyuta az saytı əlaqə saxlayıb.


“MilliÖn”ün dəstək xidmətindən bildirilib ki, sosial şəbəkədə yayılan bu videolar heç bir reallığa əsaslanmır. “MilliÖn” terminalları heç bir saxta əskinasları qəbul etmir.

“EManat”ın da müştəri xidmətlərindən verilən məlumatda deyilir ki, belə bir hal mümkün deyil:


“Bizim terminallar əskinasın hər hansı bir yerində narahatlıq olduğu zaman həmin pulu qəbul etmir. Bu əskinasların “EManat” terminallarına daxil edilməsi mümkün deyil. Daxil olunan vəsaitlər geri qaytarılır. Eynilə əskinasın üstündə hər hansı maneə olarsa, terminal onu qəbul etmir”.