SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl"Saudi Aramco" Asiya, ABŞ və Avropadakı alıcılar üçün neftin qiymətini qaldırıb
06 İyun 2023 19:58 | Baxış sayı: 488
Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" OPEC+ nazirlərinin iyunun 4-də keçirilən 35-ci iclasından sonra Asiya, ABŞ və Avropadakı alıcılar üçün neftin qiymətini qaldırıb.
"Arab Light" markalı neftin qiyməti 0,45 dollar/barel artaraq Oman/Dubay etalonunun qiymətindən 2,55 ABŞ dolları yüksək olacaq.
"Saudi Aramco" Asiya bazarına çıxardığı neftin bütün növləri üzrə qiymətləri eyni məbləğdə artırıb.
ABŞ və Avropadakı alıcılar üçün "Saudi Aramco" tədarük etdiyi bütün növ neftin qiymətini 0,9 dollar artırıb.