SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl“Satıcılıqdan millət vəkilliyinə…” – Bu gün vəfat edən Hacı Madər kimdir? + DOSYE
14 İyul 2023 11:58 | Baxış sayı: 576
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Madər Musayev vəfat edib.
AJMEDİA.İNFO xəbər verir ki, bir müddətdir xəstəlikdən əziyyət çəkən M.Musayev 75 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, bir neçə gün öncə Madər Musayev ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.
Madər Musayev kimdir?
Musayev Madər Ələsgər oğlu 26 noyabr 1947-ci ildə Bakıda anadan olub. Azərbaycan Milli Məclisinin üzvü, bitərəf, eyni dairədən 6 dəfə təkrar seçilən, ard-arda müstəqillik dövründə 6 dəfə , ümumilikdə 7 dəfə seçilən yeganə millət vəkili olub.
Moskva Kooperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986–1995-ci illərdə “Bahar” ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.
XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
“Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.
25 noyabr 2022-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Evli idi və 3 övladı var.