20 Aprel 2025
Sankt-Peterburqda azərbaycanlıların toy məclisinə silahlı müdaxilə: Saxlanılanlar var - VİDEO

Sankt-Peterburqda azərbaycanlıların toy məclisinə silahlı müdaxilə: Saxlanılanlar var - VİDEO

Sankt-Peterburqda azərbaycanlıların toy məclisinə silahlı müdaxilə: Saxlanılanlar var - VİDEO

31 Oktyabr 2023 11:00 | Baxış sayı: 521

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən restoranların birində baş tutan azərbaycanlıların toy mərasimi hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat səbəbindən qəfil yarımçıq kəsilib.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı videogörüntülər “Telegram” kanallarında paylaşılıb.

Mərasimin keçirildiyi məkana gələn hüquq-mühafizə orqanları əməkdaşları toyda iştirak edən bütün vətəndaşların sənədlərini yoxlayıblar.

Yoxlama nəticəsində beş nəfərin saxlandığı bildirilir.

İlkin məlumata görə, saxlanılan şəxslərin deportasiya olunacaqları gözlənilir.