"Veteran pulu" bu tarixdə artırılacaq
5 saat əvvəl"Samsung" işlədənlər ehtiyatlı olun - Məlumatlarınız oğurlana bilər
16 Yanvar 2025 18:00 | Baxış sayı: 309
Cənubi Koreyanın məşhur "Samsung" markasının smartfonlarında yeni bir təhlükəsizlik problemi aşkar edilib.
AJMEDİA.İNFO-nun milli.az-a istinadən məlumatına görə, bu boşluq hakerlərə səsli mesajlar vasitəsilə istifadəçilərə hücum etməyə imkan yaradır.
"The Hacker News" nəşrində yer alan məlumata görə, problemi "Google Project Zero" layihəsinin mütəxəssisi Natali Silvanoviç tapıb. Onun sözlərinə görə, zəiflik "Samsung" cihazlarında istifadə olunan "Monkey's Audio" dekoderi ilə əlaqəlidir. Bu təhlükəsizlik boşluğu hakerlərə telefonun şifrəsini əldə etməyə və cihazı uzaqdan idarə etməyə şərait yaradır.
Silvanoviç, hücumun necə həyata keçirildiyini izah edərək bildirib ki, haker "Google Messages" mesajlaşma tətbiqi vasitəsilə xüsusi hazırlanmış bir səsli mesaj göndərərək istifadəçinin telefonunu heç bir əməliyyat tələb etmədən ələ keçirə bilər.
Mütəxəssis bu təhlükəsizlik boşluğunun "Android" əməliyyat sisteminin 12, 13 və 14 versiyalarını istifadə edən çoxsaylı "Samsung" telefonlarını təsir etdiyini vurğulayıb. Natali Silvanoviç bu məsələni "Samsung" şirkətinə bildirdikdən sonra mühəndislər tərəfindən təhlükəsizlik təkmilləşdirilməsi həyata keçirilib və yeni bir sistem yeniləməsi ilə problem həll edilib.