SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlŞahrudin 3 qol buraxdı, məşqçi istefaya göndərildi - VİDEO
04 Dekabr 2023 11:13 | Baxış sayı: 672
Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyevin çıxış etdiyi Türkiyənin "Adana Dəmirspor" klubu baş məşqçisi Patrik Klyuvertlə yollarını ayırıb.
AJMEDİA.İNFO xəbər verir ki, Superliqa təmsilçisi 47 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında vildalaşıb.
Adana klubu son olaraq XIV turda evdə "Samsunspor"a 2:3 hesabı ilə uduzub. Bu matçda qapını Şahrudin Məhəmmədəliyev qoruyub.
Qeyd edək ki, "Adana Dəmirspor" iyunun 30-da baş məşqçi ilə 2 illik müqavilə imzalamışdı.