SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlŞahruddinin biabırçı səhvi gündəm oldu- VİDEO
27 İyul 2023 06:15 | Baxış sayı: 716
Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Rakuv” – “Qarabağ” matçında Ağdam təmsilçisinin qapıçısı Şahruddin Məhəmmədəliyev kobud səhvi ilə yadda qalıb.
Bu, matçın 71-ci dəqiqəsində qeydə alınıb.
Belə ki, Polşa klubunun futbolçusu Fabian Pyasetskinin o qədər də güclü olmayan zərbəsi Şahruddin Məhəmmədəliyevin qucağına gəlib. Lakin qapıçı bu topu tuta bilməyib və meydan sahibləri qola sevinib.
Millimizin qapıçısının kobud səhvi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Həmin anın videosunu təqdim edirik:
musavat.com