20 Aprel 2025
Şahruddin buna görə meydana çıxmırmış - ÖZÜ AÇIQLADI

Şahruddin buna görə meydana çıxmırmış - ÖZÜ AÇIQLADI

Şahruddin buna görə meydana çıxmırmış - ÖZÜ AÇIQLADI

19 Avqust 2024 13:47 | Baxış sayı: 386

Azərbaycan milli komandasının və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev oktyabrda məşqlərə başlayacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Report-a 30 yaşlı qolkiperin özü məlumat verib.

Cari mövsümün əvvəlində Ağdam təmsilçisinə transfer olunan əlcək sahibi məşq sırasında zədələnərək sıradan çıxması barədə danışıb:

"Hər şey yaxşıdır, ağrılarım yoxdur. Sadəcə, məşq zamanı əlimdən zədə almışam. İnşallah, oktyabrdan məşqlərə qoşulacağam. Allaha şükürlər olsun ki, bu dəfə əməliyyat olunmadan sağalıram".

Qeyd edək ki, Ş.Məhəmmədəliyev ötən mövsümü Türkiyə Superliqa təmsilçisi "Adana Dəmirspor"un heyətində keçirib.