SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlŞahin Bağırov Səfər Mehdiyevin qohumunu VƏZİFƏDƏN AZAD ETDİ - FOTO
05 Dekabr 2023 11:09 | Baxış sayı: 680
Azərbaycanın Türkiyədəki səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi vəzifəsindən azad edilib.
AJMEDİA.İNFO Qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmr ilə polkovnik (gömrük attaşesi) Əliqulu Cəfərov tutduğu vəzifədən azad olunub.
Əliqulu Cəfərov öz istəyi ilə təqaüdə göndərilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndindən olan Əliqulu Cəfərovun Dövlət Gömrük Komitəsinin sabiq sədri general-polkovnik Səfər Mehdiyevin yaxın qohumu olduğu deyilir. O, uzun müddət DGK-nın Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsini tutub. Səfər Mehdiyevin 2020-ci ildə müvafiq əmri ilə Türkiyədəki səfirliyimizə gömrük attaşesi təyin edilmişdi.