20 Aprel 2025
Şagird məktəbdə tapançadan atəş açıb, 4 nəfər yaralanıb

Şagird məktəbdə tapançadan atəş açıb, 4 nəfər yaralanıb

Şagird məktəbdə tapançadan atəş açıb, 4 nəfər yaralanıb

13 Aprel 2023 13:42 | Baxış sayı: 629

Rusiyanın Sankt-Peterburq şəhərinin Kalininski rayonundakı təhsil mərkəzinin 16 yaşlı şagirdi pnevmatik tapança ilə məktəbə gələrək küçədə və binanın içərisində bir neçə dəfə atəş açıb. Dörd nəfər yaralanıb.

Bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhər və Leninqrad vilayəti üzrə Baş İdarəsindən məlumat verilib.

“Dörd uşaq tibbi yardım almaq üçün xəstəxanaya göndərilib”, - məlumatda deyilir. Daxili İşlər Nazirliyinin Baş İdarəsindən verilən məlumata görə, yeniyetmə artıq saxlanılaraq polis bölməsinə çatdırılıb. Onun atasını da polisə çağırıblar.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Nauka prospektində yerləşən məktəbin müəllimləri polisə müraciət ediblər. Onlar bildiriblər ki, 9-cu sinif şagirdi birinci dərsdən sonrakı tənəffüsdə tualetdə iki 8-ci sinif şagirdinə pnevmatik tapançadan atəş açıb.

Hadisə yerinə operativ şəkildə gələn polis silahı yeniyetmədən alıb.

“İlkin araşdırma zamanı müəyyən edilib ki, dərs günü başlamamış 9-cu sinif şagirdi daha iki şagirdə qarşı analoji əməl törədib: məktəbə gedərkən o, 7-ci sinifdə oxuyan iki şagirdə atəş açıb”, - polisdən bildirilib.