İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlSabirabadda suda boğulan gəncin cəsədi tapılıb
26 Avqust 2024 17:34 | Baxış sayı: 321
Sabirabadda 17 yaşlı gənc oğlan su kanalına düşərək boğulub.
APA xəbər verir ki, hadisə günorta saatlarında rayonun Məmişlər və Kürkəndi kəndləri ərazisindən keçən su kanalında qeydə alınıb.
Rayonun Məmişlər kənd sakini, 2007-ci il təvəllüdlü Quliyev Elçin Eldəniz oğlu su kanalına düşərək boğulub.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Aparılan axtarışlar zamanı Elçin Quliyevin cəsədi saat 20 radələrində batdığı yerdən təxminən beş kilometr aralı məsafədə tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.