19 Aprel 2025
Sabiq deputat Nazim Bəydəmirliyə HÖKM OXUNDU

Sabiq deputat Nazim Bəydəmirliyə HÖKM OXUNDU

Sabiq deputat Nazim Bəydəmirliyə HÖKM OXUNDU

30 Sentyabr 2024 16:11 | Baxış sayı: 382

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən sabiq deputat Nazim Bəydəmirliyə hökm oxunub.


AJMEDİA.İNFO xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o səkkiz il müddətə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, dövlət ittihamçısı onun doqquz il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.


Xatırladaq ki, eks-deputat 2023-cü ilin iyulunda həbs olunub.


İttihama görə, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bildirib ki, ötən il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını deyib.


N.Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.(report.az)