20 Aprel 2025
Sabahın HAVA PROQNOZU

Sabahın HAVA PROQNOZU

Sabahın HAVA PROQNOZU

20 Sentyabr 2023 09:11 | Baxış sayı: 725

Sentyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19 dərəcə isti, gündüz 21-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq.

Havanın temperaturu gecə 15-19 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacaq.