SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlSabahın hava PROQNOZU
26 Yanvar 2023 12:20 | Baxış sayı: 470
Bakıda və Abşeron yarımadasında yanvarın 27-də dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO verilən məlumata görə, gün ərzində bəzi yerlərdə çiskinli ehtimalı var.
Gecə və səhər arabir duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında az çiskinli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.