SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
3 saat əvvəlSabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
26 İyul 2023 09:58 | Baxış sayı: 580
İyulun 27-si gözlənilən hava şəraiti açıqlanıb.
AJMEDİA.İNFO Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 27-32° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.