20 Aprel 2025
Sabah güclü külək əsəcək, qar, sulu qar YAĞACAQ - PROQNOZ

Sabah güclü külək əsəcək, qar, sulu qar YAĞACAQ - PROQNOZ

Sabah güclü külək əsəcək, qar, sulu qar YAĞACAQ - PROQNOZ

09 Yanvar 2024 09:37 | Baxış sayı: 547

Bakıda və Abşeron yarımadasında yanvarın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, gün ərzində arabir yağıntılı olacağı, gündüz bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var.

Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi gündüz zəifləyəcək. Havanın temperaturu gecə və gündüz 3-7° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi gecə və səhər ayı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-9° isti, dağlarda gecə və gündüz 0-5° şaxta olacaq.