20 Aprel 2025
Sabah BU RAYONDA su kəsiləcək - XƏBƏRDARLIQ

Sabah BU RAYONDA su kəsiləcək - XƏBƏRDARLIQ

Sabah BU RAYONDA su kəsiləcək - XƏBƏRDARLIQ

24 May 2023 12:13 | Baxış sayı: 504

Sabah Neftçala şəhərinə yeni çəkilmiş ikinci magistral su kəmərinin şəhərin su təchizatı sistemlərinə qoşulması və birinci magistral kəmərlə əlaqələndirilməsi işləri aparılacaq.

Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar bu gün gecə saatlarından birinci magistral kəmərdən Neftçala şəhərinə, Bankə qəsəbəsinə və kəmərdən su alan kəndlərə içməli suyun verilməsi dayandırılacaq.

Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.