19 Aprel 2025
Sabah bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ!

Sabah bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ!

Sabah bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ!

31 Yanvar 2025 10:25 | Baxış sayı: 357

Fevralın 1-də saat 06:00-dan etibarən Bakının Nərimanov rayonunun Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılacaq təmir-tikinti işləri ilə əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verib.

Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda deyilib.