20 Aprel 2025
Sabah bu ərazilərdə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ!

Sabah bu ərazilərdə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ!

Sabah bu ərazilərdə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ!

19 Dekabr 2024 18:00 | Baxış sayı: 334

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə 110 kV-luq 6,7-ci Xırdalan hava xəttində həyata keçirilən təmir işləri ilə əlaqədar dekabrın 20-də elektrik xətləri sifarişə əsasən açılacaq.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.


Bildirilib ki, bununla əlaqədar olaraq saat 01:00-dan saat 05:00-dək 110/35/10 kV-luq “Qobu” yarımstansiyasından qidalanan Qobu və Hökməli qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


"Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq",-deyə məlumatda qeyd edilib.