SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlSabah Bakıya yağış, regionlara qar yağacaq - PROQNOZ
15 Yanvar 2025 14:55 | Baxış sayı: 337
Bakıda və Abşeron yarımadasında hava şəraitinin sabah dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Bu barədə AJMEDİA.İNFO-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah axşama doğru yağış tədricən kəsiləcək. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq.
Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında, gündüzdən isə əksər yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.