20 Aprel 2025
Sabah Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq - PROQNOZ

Sabah Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq - PROQNOZ

Sabah Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq - PROQNOZ

01 Avqust 2023 09:20 | Baxış sayı: 500

Avqustun 2-də gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə ediləcək.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz üstünlük təşkil edəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Gecə və səhər bəzi rayonlarda duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.