SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlSabah 38 dərəcə İSTİ OLACAQ
21 İyul 2023 08:29 | Baxış sayı: 569
Bakıda və Abşeron yarımadasında iyulun 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, əsasən səhər və axşam saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 17-22° isti olacaq.