SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlSabah 36 dərəcə İSTİ OLACAQ
13 İyul 2023 09:59 | Baxış sayı: 458
İyulun 14-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütununda 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 11-16° isti, gündüz 16-21° isti olacaq.