SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlRuslara verilən “qızıl pasport”ları ləğv edilib
05 May 2023 02:16 | Baxış sayı: 731
Bolqarıstan investisiyalar müqabilində “qızıl pasportların” verilməsini dayandırdıqdan sonra 17 nəfərin vətəndaşlığını ləğv edib.
Bunu Bolqarıstanın ədliyyə naziri Krum Zarkov deyib.
Onun sözlərinə görə, Bolqarıstan vətəndaşlığı ləğv edilənlərdən dördü Misir, dördü Rusiya, dördü Qazaxıstan, üçü Çin, ikisi Pakistan, biri isə İordaniya vətəndaşıdır.
“Dövlət Milli Təhlükəsizlik Agentliyi və ölkənin digər dövlət qurumları tərəfindən yoxlamalar davam etdirilir və aşkar edilmiş qanun pozuntuları müvafiq tədbirlər görülməsinə səbəb olacaqdır”.