SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlRuslar 9 aydır Baxmutu ələ keçirə bilmirlər
06 Aprel 2023 17:25 | Baxış sayı: 538
“Ruslar 9 aydır Donetsk vilayətinin Baxmut şəhərini ələ keçirə bilmirlər”.
Bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.
O bildirib ki, bu, Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilmiş general Valeri Gerasimovun uğursuzluğunun təzahürüdür: “Şərqdəki rus qoşunları vahid strateji məqsədə nail ola bilməzlər. Onlar bir neçə istiqamətdə bataqlığa düşüb güclərini tükəndirirlər".
Çerevatının sözlərinə görə, qarşı tərəfin ərazilərin ələ keçirilməsinə dair məlumatları doğru deyil.
Qeyd edək ki, uzun müddətdir Baxmutda gərgin döyüşlər gedir. Rusiya tərəfi şəhərin mühasirəyə alındığını bildirir. Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib ki, əməliyyat şəraiti Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.