SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlRusiyaya sanksiyalardan yan keçməyə kömək etmirik
09 İyun 2023 11:35 | Baxış sayı: 477
Gürcüstan beynəlxalq sanksiyalara əməl etdiyini iddia edir və heç kimə məhdudlaşdırıcı tədbirlərdən yan keçməyə kömək etmir.
Bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.
“Gürcüstan heç kimə sanksiyalardan yan keçməyə kömək etmir. Faktların heç biri təsdiqini tapmayıb. Gürcüstanın kömək etməsi istina olunur, əksinə, dəfələrlə göstərilib ki, Gürcüstan kiməsə sanksiyalardan yan keçməyə kömək etmir, üstəlik, onların təmin olunmasına yardımçı olur. Bu, hər kəsin maraqlarına uyğun olmalıdır” – Rati Breqadze diqqətə çatdırıb.
Gürcüstanlı nazir həmçinin bir daha vurğulayıb ki, uçuşların bərpası barədə qərar Rusiya tərəfindən birtərəfli qaydada verilib və Tbilisi bunda qəbahət heç nə görmür.
“Gürcüstan vətəndaşının Gürcüstana gəlməsi asanlaşdıqda, o, pula və vaxta qənaət edəcək. Biz bunda pis heç nə görmürük. Bizim tərəfimizdən başqa kontekst yoxdur”, - Breqadze bildirib.