İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlRusiyaya qarşı SANKSİYA- Aİ xarici işlər nazirləri razılığa gəldilər
27 Yanvar 2025 16:30 | Baxış sayı: 406
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı tətbiq olunan sanksiyaların uzadılmasını razılaşdırıblar.
AJMEDİA.İNFO xəbər verir ki, "Financial Times" qəzetinin məlumatına görə, bu qərar yalnız Macarıstanın veto təhdidini geri götürməsindən sonra mümkün olub.
Macarıstanın xarici işlər naziri Peter Siyyarto təsdiqləyib ki, Budapeşt enerji təhlükəsizliyinə dair təminatlar aldıqdan sonra sanksiyaların uzadılmasına dəstək verməyə razılaşıb. Əks halda, Macarıstan bu qərarı dəstəkləməkdən imtina edirdi.