Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI
8 saat əvvəlRusiyaya AĞIR ZƏRBƏ - Neft bazası VURULDU
11 Dekabr 2024 12:30 | Baxış sayı: 517
Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətində Rusiyanın neft bazasını vurub.
AJMEDIA.INFO UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
“Bryansk” neft bazası “Drujba” neft kəmərinin əsas doldurma məntəqəsidir. Onun əsas funksiyası dizel yanacağının qəbul edilməsi, saxlanması, bölüşdürülməsi və avtosisternalar, eləcə də dəmir yolu nəqliyyatı vasitəsilə daşınmasıdır. Bu obyekt Rusiya ordusuna təchizat məqsədilə aktiv şəkildə istifadə olunur”, - deyə məlumatda vurğulanıb.
Bundan əlavə, Baş Qərargahın açıqlamasına görə, zərbələr nəticəsində neft bazasına birbaşa zərbə endirilib və yanğın baş verib.
Böyük miqyaslı yanğın qeydə alınıb. Əməliyyatın nəticələri hazırda dəqiqləşdirilir.//Musavat.com