İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlRusiyanın Kramatorska endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb
03 İyul 2023 06:45 | Baxış sayı: 443
Rusiya Silahlı Qüvvələrinin Kramatorsk şəhərinə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Bu barədə “PEN Ukrayna” məlumat yayıb.
"İyunun 27-də Rusiyanın Kramatorskda şəhərin mərkəzindəki kafeyə raket hücumu zamanı yaralanan yazıçı Viktoriya Amelina Dneprdəki xəstəxanada dünyasını dəyişib”, - məlumatda deyilir.
Artıq qəza-xilasetmə işlərinin tamamlandığı bildirilir.
Xatırladaq ki, iyunun 27-də Rusiya ordusu Kramatorskda çoxlu sayda insanın olduğu kafeni raketlə vurub. Fövqəladə Hallar Dövlət Xidməti hücum nəticəsində 12 nəfərin öldüyünü, 65 nəfərin yaralandığını bildirib.