20 Aprel 2025
Rusiyanın Banqladeşdəki keçmiş səfiri döyüldükdən sonra ölüb

Rusiyanın Banqladeşdəki keçmiş səfiri döyüldükdən sonra ölüb

Rusiyanın Banqladeşdəki keçmiş səfiri döyüldükdən sonra ölüb

12 İyul 2023 23:34 | Baxış sayı: 599

Rusiyanın Banqladeşdəki keçmiş fövqəladə və səlahiyyətli səfiri Aleksandr Nikolayev döyüldükdən sonra yerləşdirildiyi Tver vilayətinin xəstəxanasında dünyasını dəyişib.

Bu barədə Tver vilayətinin prokurorluğu məlumat verilib.

Prokurorluğun bölgə üzrə nümayəndəsinin sözlərinə görə, keçmiş diplomat iyunun sonunda Konakovo rayonunda döyülüb, bundan sonra o, koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsi ilə “Qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi açılıb.